Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında bu gün keçiriləcək oyunlar üçün bütün təyinatlar açıqlanıb. Sportbnet.az-ın məlumatına görə, qonşu pillələrdə qərarlaşan "Qarabağ" və "İnter" komandaları arasında keçiriləcək görüş Teymur Fərhadova həvalə olunub.
Əvəzedicilərin çempionatı, 14-cü tur
16 dekabr (cümə)
"Sumqayıt” – "Zirə”
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elvin Mədətov
Hakim-inspektor: Zöhrab Qədiyev
"Kapital Bank Arena”, 13:00
"Qəbələ” – "Kəpəz”
Hakimlər: Xəlil Xəlilov, Elçin Əsədov, Ruslan Babayev, Emin Nağıbəyov
Hakim-inspektor: Vasif Məmmədov
Qəbələ şəhər stadionu, 14:00
"Qarabağ” – "İnter”
Hakimlər: Teymur Fərhadov, Roman Vasilyev, Elşad Abdullayev, Anar Göyçayski
Hakim-inspektor: İrina İsgəndərova
"Bayıl Arena”, 17:00