Azərbaycan Premyer Liqasının XIV turunun "Neftçi" - AZAL oyununun məkanı dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, "Bakcell Arena”da deyil, "Dalğa Arena”da reallaşacaq.
Buna səbəb "Bakcell Arena”nın ot örtüyünün yağan qar səbəbindən yararsız hala düşməsidir.
Peşəkar Futbol Liqası "Neftçi” klubunun xahişinə əsasən yerin dəyişdirilməsinə razılıq verib. Sabah keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.