Uruqvay millisinin və "Liverpul”un futbolçusu Luis Suares
əməliyyat olunub. Sportnet.az xəbər verir ki, 27 yaşlı hücumçunun dizində aparılmış əməliyyat uğurlu alınıb.
Həkimlərun rəyinə görə Suaresin bərpa kursu 15-20 gün
çəkəcək. Uruqvay Futbol Assosiasiyası rəsmiləri də onun yaxın günlərdə yaşıl meydanlara qayınacağına ümid edirlər.
Qeyd edək ki, təcrübəli forvard 2007-ci ildən ölkəsinin milli komandasında çıxış edir.