1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Qəbələ" 4 futbolçusunu itirdi
"Kəpəz" üzərində 2:1 hesablı qələbə "Qəbələ"yə baha başa gəlib. Sportnet.az-ın məlumatına görə, Qəbələ şəhər stadionundakı oyun zamanı meydan sahiblərinin 4 futbolçusu zədələnib.
Məhz bu səbəbdən, ilk yarıda Elvin Camalov, fasilədə Vitali Vernidub, ikinci hissədə Filip Ozobiç və Roman Hüseynov əvəzlənməli olub. Hətta Hüseynov oyunu xərəkdə tərk edərək, təcili yardım maşınına mindirilib. Əvəzləmə limiti bitdiyi üçün "Qəbələ" oyunu 10 futbolçu ilə sona çatdırmalı olub. Amma elə "Kəpəz" də həmin vaxt azlıqda çıxış edib. Bu, Renan Silvanın qırmızı vərəqə alması ilə əlaqədar olub.
Qeyd edək ki, hər 3 qol penaltidən vurulub.