1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Roman Qriqorçuk: "Qələbəmizə mane olan məqamlar var idi"
"Qalib gəlib, 3 xal qazanmağımızdan razı qaldıq. Bu 3 xalı ağır oyunda əldə etdik. Meydanda çox şey baş verirdi. Qələbəmizə mane olan məqamlar var idi. Lakin qələbə qazana bildik. Futbolçularıma təşəkkür edirəm. Gözəl oyun nümayiş etdirdilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının XIV turunda "Kəpəz”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Qələbəni tam qanunauyğun hesab edən ukraynalı mütəxəssis AZAL-la Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşünə hazırlaşacaqlarını bildirib. Qriqorçuk oyun ərzində məcburi əvəzləmələr etməli olduğunu açıqlayıb: "Bu dəfə əvəzetmələri tez gerçəkləşdirməyimiz səbəbsiz deyildi. Filip Ozobiçin əzələsində ağrılar var idi. Hətta fasilədə onun özündən matçı davam etdirə biləcəyini soruşdum. Bu üzdən onu tez əvəzlədik".
Təcrübəli baş məşqçi imkanları qaçırlamalarına da münasibət bildirib: "Bununla bağlı daim futbolçularla danışırıq. AZAL-la qarşılaşmadan sonra azı 10 qol imkanını qaçırdığımızı demişdim. Təkrara baxanda bu rəqəmin daha böyük olduğunu gördüm. Təkcə Sergey Zenyov 7 qol vura bilərdi. Məhz bunun da üzərində çalışacağıq. Çünki bu amil önəmlidir. Bu, ustalığın göstəricisidir".
"Qəbələ" hazırda lider olsa da, "Qarabağ”ın hazırda davam edən matçda "İnter”dən xal almamasına ümid etməlidir. Lakin Qriqorçukun fikrincə, bu görüş hələ heç nə demək deyil: "Hər iki komanda ilə qarşıda oyunlarımız var. Bizim üçün də vacib olan bu qarşılaşmalardır. Çempionatın yarısı hələ qarşıdadır”.