1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şərikli liderlər, "Qəbələ"nin aşkar hegemonluğu
Azərbaycan Premyer Liqasında cari mövsümün ilk yarısı şərikli bombardirliklə yekunlaşıb. Sportnet.az-ın məlumatına görə, "Qəbələ" zirvəni sona yaxın əldən versə də, onun birdən-birə 2 futbolçusu ən sərrast oyunçular siyahısına başçılıq edir.
Bunlar yayda gələrək milli çempionatımızda debüt mövsümlərini keçirən xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə fransalı hücumçu Baqali Dabodur. Şərikli liderlərin hesabında hərəyə 7 qol var.
Dabonun VII turda "Qarabağ"la ev oyunundan sonra 2 aydır fərqlənə bilməməyi, bu müddətdə daha çox zədə üzündən kənarda qalmağı, Ozobiçin isə son 3 turda qollarını sıralamağı vəziyyəti dəyişdirib. Filip ilin son turunda da rəqib qapısına yol tapmaqla Baqaliyə çatıb. Ancaq onun kubokda da 1 dəfə fərqləndiyini nəzərə alsaq, cari mövsümün vahid bombardiri olub.
Qeyd edək ki, "Qəbələ"nin legionerlərinin ən yaxın izləyicisi Ruslan Abışovdur. "İnter"in və milli komandamızın təcrübəli yarımmüdafiəçisi 5 qolla ən sərrast azərbaycanlı futbolçudur. Abışovun 2 dəfə ölkə kubokunda fərqləndiyini də vurğulamaq lazımdır.