1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ömər Paşayevdən ittihama cavab
"Son turda Sumqayıtda idarə etdiyim oyunla bağlı fikir söyləyə bilməyəcəyəm. Yalnız bir şeyi deyəcəyəm ki, qərəz ola bilməz". Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycanın yeni FİFA referisi Ömər Paşayev bildirib.
Premyer Liqanın ikinci dövrəsinin son turunda "Sumqayıt" - "Zirə" matçının baş hakimi olan gənc beynəlxalq dərəcəli referi qonaqların baş məşqçisi Adiı Şükürovun ittihamlarına tuş gəlib.
Şükürov 0:1 hesabı ilə uduzduqları oyunda topun rəqib futbolçunun əlinə dəydiyindən təmiz penaltinin olduğunu, ancaq Paşayevin bunu vermədiyini matçsonrası mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, gənc FİFA referusu artıq neçəndir dəfədir ki, komandasına qarşı belə qavranır və bu, səhv yox, qərəzdir.
İttihama cavab verən Paşayev "Zirə"yə qərəzli idarəçilik etməsi ilə razılaşmır: "Bu, mümkün deyil. Qərəzli olmamağım yüz faizdir. Həmin epizodu isə şərh edə bilmərəm. Çünki hakimin bunu etməyə ixtiyarı yoxdur".
Qeyd edək ki, Ömər Paşayev cari çempionatda "Zirə"nin 2 oyununda baş hakim olub. Birinci qarşılaşma XII turda "Qəbələ" ilə səfər matçı olub ki, Adil Şükürovun komandası onda da 0:1 hesabı ilə uduzub. "Zirə"nin ölkə kubokunun 1/4 final mərhələsində "Neftçi"yə evdə 0:3 hesabı ilə uduzduğu ilk matçda isə Paşayev əlavə hakim-köməkçisi funksiyasını yerinə yetirib. Ancaq "Zirə"nin qapısına təyin olunan 2 penaltidə həmin qapının arxasında o yox, Elvin Əsgərov olub.
Mehman SÜLEYMANOV