Yaponiyada keçirilən klublarası dünya çempionatının bürünc mükafatçısı müəyyənləşib. Sportnet.azın məlumatına görə, bu, "Atletiko Nasyonal" olub.
Kolumbiya təmsilçisi 3-cü yer uğrunda Meksikanın "Amerika" klubundan güclü olub. Qalib komanda 26-cı dəqiqəyədək hesabda 2:0 irəlidə olsa da, sonradan 2 top buraxaraq üstünlüyünü əldən verib.
Matçın əsas və əlavə vaxtı heç-heçə bitdiyindən qalibi müəyyənləşdirmək üçün oyunsonrası penaltilər təyin olunub. Kolumbiyalılar bu zərbələrdə 4:3 hesabı ilə qalib gəlib.
Klublarası dünya çempionatı
3-cü yer uğrunda oyun
"Atletiko Nasional" (Kolumbiya) - "Amerika" (Meksika) - 2:2 (penlatilərlə - 4:3)
Qollar: Migel Samudio, 6-öz qapısına, Alexandro Gerra, 26 - Mikael Arrouo, 38, Oribe Peralta, 66