FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetmələr arasında keçiriləcək beynəlxalq turnirin təqvimi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Azərbaycanı təmsil edəcək 19 yaşadək futbolçular ibarət milli komanda yer aldığı C qrupunda ilk oyununu yanvarın 9-da Litva ilə keçirəcək. Matç Bakı vaxtilə saat 13:00-da başlayacaq.
Təbrik Həsənovun yetirmələrinin qrupda ikinci matçını yanvarın 11-də Qazaxıstanla olacaq. Həmin oyun da saat 13:00-da start götürəcək. Nəhayət, qrupda son matçımız yanvarın 13-də Slovakiya ilədir. Bu qarşılaşma Bakı vaxtilə saat 15:15-də başlayacaq.
Tacikistan, Yunanıstan, Bolqarıstan və Estoniya A, Latviya, Belarus, Rusiya və Hindistan B, Moldova, Sloveniya, İran və Sankt-Peterburq isə F qrupunda yer alıb.
Turnir 7 - 22 yanvar 2017-ci ildə Sankt-Peterburq İdman-Konsert Kompeksində təşkil olunacaq. Təntənəli açılış mərasimi yanvarın 8-də Bakı vaxtilə saat 19:30-da olacaq. Bundan 30 dəqiqə sonra açılış matçı - Rusiya - Hindistan matçı keçiriləcək. Tunririn rəsmi bağlanış mərasimi yanvarln 22-də Bakı vaxtilə saat 22:00-da keçiriləcək.
Qeyd edək ki, qrupda ilk 2 yeri tutan yığmalar 1-8-ci, 3-4-cü pilləni sahibləri 9-16-cı yerlər uğrunda mübarizə aparacaq. Yarışda bütün yerləri müəyyənləşdirəcək son oyun günü yanvarın 21-də olacaq.