1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in legioneri: "Elə görünür ki, "Qəbələ"nin qələbəsinə mən kömək etdim"
"Qəbələ” ilə oyun günü mənim üçün özəl gün idi. Bildiyiniz kimi, doğum günümü qeyd edirdim. Təbii ki, uğurlu nəticə qazanıb bunu özümə hədiyyə etmək istəyirdim. Təəssüflər olsun ki, alınmadı, hətta deyərdim daha pis alındı". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz"in futbolçusu Renan Alves klubunun rəsmi saytına açıqlamasında bildirib.
Azərbaycan Premyer Liqasının XIV turunda "Qəbələ”yə səfərdə məğlubiyyət "Kəpəz”in braziliyalı müdafiəçisi yaddaşında dərin iz buraxacaq. Çünki o, həmin gün - dekabrın 17-də Alvesin ad günü idi. 24 yaşı tamam olan legioner məğlubiyyət azmış kimi, qırmızı vərəqəa alarq meydandan qovulub: "Karyeramda belə şey olmamışdı. Ad günümdə nə vaxtsa bu qədər üzüldüyüm yadıma gəlmir. Məğlubiyyətin məsuliyyəti mənim üzərimdə qaldı. İki penalti və qırmızı vərəqə heç yerinə düşmədi.”.
Hər iki komanda üçün ilin son çempionat oyununda nəticəni qapılara təyin olunan üç 11 metrlik cərimə zərbəsi həll edib. İki zərbəni dəqiq yerinə yetirən ev sahibləri yekunda 2:1 hesabı ilə qələbə qazanıb: "Kənardan elə görünür ki, rəqibin qələbə qazanmasına mən kömək etdim. Əslində, elə deyil. Mən hər oyunda "Kəpəz”in qələbəsi üçün çalışıb, əlimdən gələnin ən yaxşısını etməyə səy göstərirəm. Amma bu dəfə başqa cür oldu”.
Renan "Kəpəz” azarkeşlərinin dəyər verdiyi, sevdiyi futbolçular arasındadır. Elə məğlubiyyətə baxmayaraq matçdan sonra fanatlar müdafiəçiyə təsəlli verərək, dəstək olublar: "Mənim üçün iki penalti və qırmızıya görə çətin gün olmuşdu. Amma azarkeşlər verdikləri dəstəklə mənə mənəvi cəhətdən dayaq olduqlarını göstərdilər. Bu, futbolçuya güc verir. Mütləq geri dönüş edəcəyəm”.