AZAL-ın yeni transferi Sadio Tounkaranın Azərbaycana qayıdışı baş tutub. Spoirtnet.az-ın məlumatına görə, bu, ölkə kubokunun 1/4 final mərhələsində "Qəbələ" ilə cavab oyununda reallaşıb.
Malili yarımmüdafiəçi "AZAL Arena"da 0:1 hesabı ilə məğlub olduqları matçın 56-cı dəqiqəsində gürcü həmkarı Nuqzar Kvirtiyanın yerinə meydana daxil olmaqla yeni klubunda debüütünü gerçəkləşdirib.
Bu, Tounkaranın ölkəmizdə 2-ci klubu olub. 24 yaşlı futbolçu 2012-15-ci illərdə "Xəzər Lənkəran"ın heyətində Premyer Liqada 104 oyunda 16 qol vurub. Sadio 2013-cü idə Lənkəran klubunun heyətində Azərbaycan Superkubokunun qalibi olub ki, bu da ağ-yaşıllar"ın tarixində sonuncu titul, ümumiyyətlə, mükafat olub.
Tounkaranın bunadək ölkəmizdə son oyunu ötən ilin noyabrın 28-də çempionatda "Zirə"yə səfərdə 0:1 hesabı ilə yenildikləri matç olub. Legioner həmin matçda 90 dəqiqə meydanda olub. Sadio 389 gündən sonra Azərbaycanda yenidən meydanda çıxıb.