AFFA-nın İntizam Komitəsi "Qarabağ" klubunun məşqçisi Ruben Sellesi cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna Azərbaycan Premyer Liqasının XIV turunda "İnter"lə evdə keçirilən oyunda R.Sellesin texniki zona qaydalarını pozması səbəb olub.
Məşqçiyə bir oyunluq cəza verilib. Nəticədə klub 800 manat cərimələnib.
Həmin turda "Qəbələ" və "Kəpəz" komandaları arasında keçirilmiş oyunda Gəncə təmsilçisinin futbolçusu Renan Da Silva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu isə 200 manat ziyana düşüb.