1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yığmamızda 21 futbolçu
Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirə turnirinə hazırlıq məqsədilə Bakıda 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Sportnet.az-ın məlumatına görə, bu gündən start götürən toplanışa ayın 30-da yekun vurulacaq.
Toplanışın ikinci hissəsi isə yanvarın 2-də start götürəcək və ayın 7-də başa çatacaq.
Toplanışa 21 futbolçu dəvət olunub: Kamran İbrahimov, Rəhman Daşdəmirov, İbrahim Əliyev, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı "Neftçi"), Şahin Zəkiyev, Murad Qayalı, Yusif Həsənov, Ricat Qarayev, Ceyhun Muxtarlı, İbrahim Qədirzadə, Rafael Məhərrəmli (hamısı "İnter"), Xəqani Cəfərov ("Qarabağ"), Süleyman Əhmədov ("Sumqayıt"), Murad Popov, Əli Sadıxov, Fərid Nəbiyev (hamısı "Qəbələ"), Hüseyin Seyligli, Mətin Gülər, Ege Atlam (hər üçü "Beşiktaş", Türkiyə), Barış Əkinciər ("Rot-Veyss Essen", Almaniya)
Qeyd edək ki, Azərbaycan turnirin C qrupunda Litva, Qazaxıstan və Slovakiya yığmaları ilə qarşılaşacaq.
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.