İngiltərə Premyer Liqasında baş məşqçi istefası baş verib. Sportnet.az-ın məlumatına görə, "Kristal Pelas" klubu baş məşqçisi Alan Pardyunu vəzifəsindən çıxardığını rəsmi saytında açıqlayıb.
Buna səbəb komandanın cari çempionatda uğursuz çıxış etməsidir. "Kristal Pelas" Premyer Liqada son 11 oyunda cəmi 1 qələbə qazanıb və turnir cədvəlində 17-ci yerdə qərarlaşıb. Belə olan halda, 55 yaşlı mütəxəssislə müqavilənin pozulmasına qərar verilib.
Klub prezidenti Stiv Periş Pardyunu əvəzləyəcək baş məşqçini tezliklə müəyyənləşdirəcəklərinə ümid edir. Ancaq o, yeni mütəxəssisin kim olacağını deyə bilməyib. Bunun İngiltərə millisinin sabiq baş məşqçisi Sem Ellardaysın olacağı deyilir. Təcrübəli mütəxəssisin yaxın 24 saatda Perişlə danışıqlar aparmaq üçün görüşəcəyi bildirilir.