"Qəbələ"nin futbolçusu Ruslan Qurbanov Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. Sportnet.az-ın məlumatına görə, milli komandamızın da üzvü olan hücumçu Dubaya istirahətə gedib. O, ailəsi - həyat yoldaşı və qızıl ilə birgə Asiyada, dünyaca məşhur şəhərdə dincəlir.
Ruslan "Facebook"dakı şəxis səhifəsidnə Dubayın görməli yerlərində, o cümlədən dünyanın ən hündür binası olan "Burc əl Xəlifə"nin yaxınlığında çəkdirdiyi fotoları paylaşıb.
Qeyd edək ki, Qurbanov "Qəbələ"nin bu il son oyununu keçirdiyi AZAL-la kubok qarşılasmasında heç ehtiyatda olmayıb. "Qırmızı-qaralar" yanvarın 5-də Antlayada bir araya gələrək qış hazırlığına başlayacaq.