Cənubi Amerika Futbol Konfederasiyası ""Sudamerikana Kuboku-2016"nı Braziliyanın "Şapokoense" klubuna təqdim edib. Sportnet.az-ın məlumatına görə, bu, heyətinin böyük hissəsi təyyarə qəzasına düşərək həlak olna komandaya təqdim olunub.
"Şapokoense" "Atletiko Nasional"la final oyununun keçirildiyi Kolumbiyaya yollanarkən qəzaya uğrayıb. Nəticədə 71 nəfər həlak olub ki, bunun 19-u futbolçular idi.
Kolumbiya klubu kubokun rəqibə verilməsini təklif edib ki, bu da müsbət cavablandırılıb. "Atletiko Nasional" isə vitse-çempion olaraq turunrin "Fair Play" mükafatına layiq görüüb. Bundan əlavə, komanda 1 milyon dollar mükafat alacaq.