"Start heyətdə meydana çıxdığım ik oyundaca qol vurdum. Hazırda məni pozitiv emosilayalar bürüyür". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Boavişta"da çıxış edən Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov "CBC Sport"a açıqlamasında bildirib.
24 yaşlı yarımmüdafiəçi Portuqaliya çempionatında qol hesabını ötən axşam "Nasional"la səfər matçında açıb. Mahmudov buna görə çox sevindiyini bildirib: "Çox şadam ki, ilk qolumu vurdum. Ancaq bu, hələ başlanğıcdır. Üzərimdə çalışmalı, digər oyunlarda ən yaxşı cəhətlərimi ortaya qoymalıyam. Əsas olan komandamızın qələbə qazanaraq turnir cədvəlində irəliməməsidir".
Emin Azərbaycanda onu izləyən azarkeşlərə müraciət etməklə yanaşı, "Boavişta"nın oyunlarnı ölkəmizdə yayımlayan "CBC Sport"a təşəkkür edib: "Boavişta"da ölkəmizi layiqincə təmsil etməyə çalışıram. Bizi Azərbaycanda izləyən azarkeşlərin ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəyəm".