1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
İtaliya Superkubokunun qalibi müəyyənləşdi - VİDEO
İtaliya Superkubokunun qalibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, son çempion "Yuventus"la kubokun finalçısı "Milan" arasında Qətərin paytaxtı Dohada keçirilən matç milanlıların oyunsonrası penalti seriyasında qələbəsi ilə nəticələnib.
Oyunda hesabı 18-ci dəqiqədə Turin klubunun müdafiəçisi Corco Kyellini açıb. Bundan 20 dəqiqə sonra Canfranko Bonaventura tarazlığı bərpa edib. Əsas vaxtı 1:1 yekunlaşan qarşılaşmada əlavə 30 dəqiqədə də hesab dəyişməyib. Görüşdən sonra penaltilər seriyasında "Milan" 4:3 hesabı ilə qalib gəlib.
Bu, Milanın eyniadlı təmsilçisinin tarixində qazandığı 7-ci İtaliya Superkuboku olub. Bu göstəricidə rekordçu olan "Yuventus"a çatan "Milan" daha öncə 1988, 1992, 1993, 1994, 2004 və 2011-ci illərdə həmin titulu qzaanıb. Bundan əlavə, komanda 5 ildən sonra titul qazanıb. Sonuncusu də elə ölkə Superkuboku olub.