"Mən öz ad günümü dar çərçivədə Şvartsvaldedə keçirirəm. Qarşıdakı yubileyim mənim üçün kiçik bayram olacaq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts bildirib. Dekabrın 30-da 70 illik yubileyini qeyd edəcək almaniyalı mütəxəssis bu ələmətdar olayla bağlı planlarını açıqlayıb: "Yeni il ərəfəsində istənilən halda, dostlarımın çoxu səfərdə olur. Bir sözlə, 70 illik yubleyimi geniş dairədə keçirməyəcəm. Ola bilər ki, əldən buraxdığımı bir qədər sonra bərqərar edərəm".
Məlum olduğu kimi, Foqts 1996-cı ildə Avropa çempionu etdiyi milli komandasından sonra Azərbaycanla yanaşı, Şotlandiya, Küveyt və Nigeriyada baş məşqçi işləyib. Təcrübəli mütəxəssis futbolu ilə yanaşı, mədəniyyəti tam fərqli olan bu 4 ölkədən ən çox xoşuna gəldiyini açıqlayıb: "Bu, Şotlandiyadır. Heç bir başqa millət şotlandlar kimi futbolu sevərək onunla yaşamır. Mən hər zaman onu izləməli idim ki, yığmaya "Seltik" və "Reyncers" klublarında olduğu qədər futbolçular çağırılsın. Biz keçmiş futbolçularla indiyədək Şotlandiyada görüşərək qolf oynayrıq. Ancaq mən pis qolf ustasıyam".
Qeyd edək ki, Foqts 2008-ci ilin aprelindən 20154-cü ilin oktyabrınadək millimizin baş məşqçisi olub.