1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kluba Emin Mahmudova görə sanksiya tətbiq olundu
Rusiya Futbol İttifaqının mübahisəli məsələlər üzrə palatasının növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, 4 kluba - "Rubin", "Kuban", "Mordoviya" və "Şinnik"ə yeni futbolçuların qeydiyyatdan keçirməyə qadağa qoyulub.
"Mordoviya"ya 8 futbolusuna borcu olduğuna görə cərimə kəsilib. Bunlardan biri Azərbaycan milli komandasının üzvü Emin Mahmudovdir.
24 yaşlıl yarımmüdafiəçimiz Saransk təmsilçisindən ona borclu olduğuna görə palataya şikayət edib. Qurum bu ilin avqustun 25-də Mahmudovun xeyrinə qərar çıxarsa da, yerinə yetirilməyib. Buna görə palataya təkrar üz tutan Emin "Mordoviya"ya sanksiyanın tətbiq olunması ilə bağlı müraciət edib. Palata bunu müsbət cavablayıb və hazırda Rusiya birinci divizion təmsilçisi olan kluba cərimə şəklində sanksiyanın tətbiq olunması haqda qərar çıxarıb.
Qeyd edək ki, Mahmudov "Mordoviya" Premyer Liqada mübarizə apararkən - 2015/16 mövsümündə heyətində icarə əsasında çıxış edərək 18 matç oynayıb. O, həmin vaxt müqavilə ilə "Krılya Sovetov"un futbolçusu olub.