1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Anyete bolqarları da yarıtmadı
"Neftçi"nin sabiq legioneri Antonio Salas Quinta Bolqarıstanda uzun müddət qalmayacaq. Sportnet.az-ın məlumatına görə, Sofiyanın "Levski" klubunun rəhbərliyi Anyete kimi tanınan 31 yaşlı ispaniyalı hücumçuya yeni müqavilə təklif etməyib. Legionerin anlaşması gələn yay bitsə də, o, öz oyunu ilə yeni müqavilə təklifi almağa layiq olduğuna rəhbərliyi inandıra bilməyb.
Hücumçu cari mövsümdə 19 oyunda 4 qola və 6 məhsuldar ötürməyə imza atb. Ancaq bu, Bolqarıstana ilk gəlişindən aşağı göstəricidir. Onda - 2014/15 mövsümündə "Levski"nin heyətində Bolqarıstan çempionatının əna yaxşı futboçularından olan Anyete 28 oyunda 14 qol vurub, 10 məhsuldar ötürmə edib. Bundan sonra Azərbaycana üz tutan Anyete ötən mövsümü "Neftçi"də keçirib və 26 oyunda 3 dəfə fərqlənib.
"Levski" Anyetenin əvəzində yayda müqaviləsi bitəcək 2 futbolçu ilə müqaviləni uzatmaqla bağlı artıq danışıqlara başlayıb. Bunlardan biri klublarımızdan təklif aldığı haqda uzun müddətdir xəbərlər yayılan yarımmüdafiəçi Georgi Kostadinovdur.