"Neftçi" daha 5-6 legionerlə müqavilə imzalayacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a komandanın baş məşqçisi Elxan Abdullayev açıqlama verib.
O bildirib ki, yeni gələn futbolçular həm Avropa, həm də Cənubi Amerika ölkələrindən olacaq.
Baş məşqçi bir neçə gün əvvəl müqavilə müddəti artırılan, ancaq komanda ilə yollarını ayıran braziliyalı Jonas Pessalidən də söz açıb: "Onunla yeni müqavilə imzalandı. Özü müraciət edərək ayrılmaq istədiyini bildirdi. O, vətənində yüksək liqada çıxış edən komandadan yaxşı təklif alıb. Biz də onu başa düşdük. Pessali burada "Neftçi"yə xeyir verdi. Bu səbəbdən etiraz etmədik. Namiq Ələsgərov gənc olsa da, istedadlı futbolçudur. Ona oynamaq lazımdır.
Düzdür, "Qarabağ"da az oynayırdı. Amma hər şey onun özündən asılıdır".