Estoniyanın "Trans" klubu Azərbaycan milli komandasının sabiq futbolçusu Rizvan Umarovla yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, Narva təmsilçisindən gedən 9 futbolçu, əsasən legionerlər arasında 23 yaşlı mərkəz hücumçusu da var.
Umarov çempionatı 8-ci yerdə bitirən "Trans"da bu ildən çıxış edir. O, keçirdiyi 28 oyunda 9 qol vurub.
Umarov ikili vətəndaşlığa malikdir. O, Azərbaycanla yanaşı, doğulduğu Risiyanın vətəndaşlığını daşıyır. Rizvan 2012-ci ildə milli komandamzın baş məşqçisi Berti Foqtsun vaxtında 3 oyun keçirib.
Qeyd edək ki, "Trans" Azərbaycan futbolu tarixinə üzərində ən böyükhesablı qələbənin qazanıldığı komanda kimi düşüb. Bu, "İnter"in Avropa Liqasında 5:0 hesabı ilə qalib gəldiyi matçdır.