"Futbol+" qəzetinin müxbiri Sərxan Musalı naməlum şəxslər tərəfindən maşına mindirilərək aparılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalistin qardaşı Səbuhi Musayev məlumat verib.
Məlumata görə, Sərxan Musalı axşam saatlarında "Futbol+" qəzetinin redaksiyası qarşısında naməlum şəxslər tərəfindən maşına mindirilərək aparılıb. Hazırda jurnalistə zəng çatmır.
Qaynarinfo.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, bu barədə onlarda məlumat yoxdur. Nazirlik rəsmisi dəqiqləşdirmə aparandan sonra məlumat veriləcəyini dedi.
Bakı şəhər Baş Polis İdarəsindən isə bildirilib ki, onların məlumat vermək ixtiyarı yoxdur.
Qeyd edək ki, Sərxan Musalı İdman Araşdırmalar Mərkəzi tərəfindən "İlin jurnalist"i seçilmişdi.