
Azərbaycan Kubokunun finalında "Qəbələ"ni penalti seriyasında məğlub etmiş "Neftçi" baş mükafata sahib oldu. Sportnet.az-ın məlumatına görə, Kuboku "ağ-qaralar"ın kapitanı Rəşad Sadiqova Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayev təqdim etdi. "Neftçi"nin futbolçuları, məşqçi və inzibati heyətinə medallar da təqdim olunduqdan sonra Respublika stadionunda atəşfəşanlıq oldu.