
Azərbaycan milli komandasının məşqçilər korpusu Topaz Premyer Liqasının ikinci turunda keçiriləcək oyunları izləyəcək. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Berti Foqts bu gün Lənkəranda keçiriləcək "Xəzər Lənkəran" – "Sumqayıt" oyununa yollanıb.
Qapıçılar üzrə məşqçi Ulrix Ştayn "Qarabağ" – "İnter", məşqçi Aslan Kərimov sabah oynanılacaq "Simurq" – AZAL, məşqçi Mahmud Qurbanov isə "Qəbələ" – "Araz-Naxçıvan" qarşılaşmalarında stadionda olacaqlar.