"Neftçi"nin yeni transferi İqnasio Herrera nömrə seçimini edib. Sportnet.az-ın məlumatına görə, çilili legioner "11 nömrə"li formanı daşıyacaq. Bu nömrə "ağ-qaralar"da cari mövsümün arxada qalan hissəsində boş olub.
Qeyd edək ki, "Neftçi"də son illərdə "11 nömrə"nin əsas daşıyıcılarından biri Herreranın həmyerlisi Nikolas Kanales olub. "Ağ-qaralar"ın tarixinə ilk çilili futbolçu kimi düşən Kanales qrup mərhələsində ilk qolumuzun müəllilfi olub.