
Topaz
Premyer Liqasının II turunda "Bakı” səfərdə "Neftçi” ilə qarşılaşıb. Sportnet.az-ın məlumatına görə,
paytaxt derbisində rəqibinə məğlub olan "Bakı” mövsümə uğursuz start
verib – 0:1.
Oyundan sonra keçirilən mətbuat konfransında "Bakı”nın baş məşqçisi
İbrahim Uzunca məğlubiyyətə belə şərh verib:
"Premyer Liqada çıxış etməyimizlə
bağlı sıxıntımız var idi. Başda Hafiz Məmmədov olmaqla, bu komandanı çempionata
qazandırdıqları üçün hamıya təşəkkür edirik. Son 6 ildə "Bakı” klubunun futbol
akademiyasından bir çox futbolçu yetişdirdik. Futbolçularımı göstərdikləri
mübarizə əzminə görə təbrik edirəm. Fikrimcə, oyun heç-heçə başa çatmalıydı.
Kiçik bir səhvdən qapımızda qol gördük. 1-2 həftə sonra tam hazır olmağa
çalışacağıq. Məqsədimiz Premyer Liqada yerimizi qorumaq və futbolumuza yeni
oyunçular yetişdirməkdir”.