
Yanvarın 5-dən başlayaraq "Bayıl Arena"da II dövrənin hazırlıqlarına start verən "Səbail" toplanışın birinci hissəsini yekunlaşdırıb. Sportnet.az-ın məlumatına görə, komanda sabah səhər 8 radələrində Antalyaya yola düşəcək.
Bakı toplanışı çərçivəsində MOİK (2:2) və "Neftçi"nin əvəzedici (3:1) komandası ilə yoldaşlıq görüşləri keçirən I Divizion təmsilçisi Antalyada 3 yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Yanvarın 19-da rəqib Qazaxıstan "Kyran", yanvarın 26-da Macarıstanın "Szeged" klubu olacaq. Yanvarın 24-də keçiriləcək yoldaşlıq görüşündəki rəqibin adı isə hələ ki məlum deyil.
"Səbail" yanvarın 27-də Antalya toplanışını başa vuraraq vətənə qayıdacaq. Daha sonra komanda fevralın 2-də "Mil-Muğan" ilə baş tutacaq 14-cü tur qarşılaşmasının hazırlığına start verəcək.
Qeyd edək ki, "Səbail" Bakı toplaşı zamanı müdafiəçi Xəyal Quliyevlə yolları ayırıb.