1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Milevskinin "Ferrari" dəyərində borcu var
Rusiyanın "Tosno" klubunun futbolçusu Artyom Milevskinin "Privatbank"da açıq qalan krediti var. Sportnet.az-ın "Sportarena.com"a istinadən məlumatına görə, 32 yaşlı hücumçu "Ferrari" avtomobilinin dəyərinə bərabər məbləğ ödəməlidir.
Ukraynalı forvard bir neçə il əvvəl kredit qarşılığında girov kimi "Ferrari"ni göstərib. Amma həmin avtomobil qəzaya uğrayıb. Bankın iddiası əsasında ötən gün Kiyev məhkəməsində dördüncü dinləmə keçirilməli idi. Amma təcrübəli futbolçu əvvəlki üçündə olduğu kimi, bu dinləmədə də olmayıb. Bank Milevskinin borcu bağlamağa başladığını əsas gətirərək, iclası təxirə salmağı xahiş edib.
Qeyd edək ki, "Tosno" Rusiya I Divizionunda çıxış edir. Artyom Milevski bu komandada hələlik 8 oyuna çıxıb və qol vura bilməyib. "Tosno" yanvarın 16-da Türkiyənin Antalya bölgəsində "Neftçi" ilə yoxlama matçı keçirəcək. Milevskinin adı əvvəllər bir neçə dəfə Azərbaycan klubları ilə hallansa da, transfer baş tutmayıb.