
Bakıda hazırlığı davam etdirən "Kəpəz" təlim-məşq toplanışı dövründə bu gün ilk yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, "sarı-göylər" MOİK-lə qarşılaşıb.
I divizion klubu ilə görüş qolsuz bərabərliklə yekunlaşıb.
MOİK-ə qarşı oyunda Gəncə təmsilçisinin ilk "11-liy"ində Davud Kərimi, Şəhriyar Əliyev, Qaraxan Əliyev, Novruz Məmmədov, Yusif Cəfərov, Elcan Rəhimov, Tural Rzayev, Əli Səmədov, Emin Zamanov, Fərid Məmmədov və Tural Qürbətov yer alıb.
"Kəpəz” bu gün daha bir sınaq matçına çıxacaq. Komanda saat 15:00-da AZAL-la qarşılaşacaq.