1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakıda ölən futbolçulardan birinin meyiti ölkəsinə göndərildi
Bakıda mənzildə tapılan 5 əcnəbidən birinin meyiti ölkəsinə təhvil verilib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, Yasamal rayonunda kirayədə yaşadıqları evdə meyiti əcnəbi vətəndaşlardan birinin cənazəsi doğulduğu Konqo Respublikasının Kumba şəhərinə göndərilib.
Belə ki, dünən 1994-cü il təvəllüdlü Njonjoh Hans Ekumunun atası Bakıya gələrək Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən onun meyitini təhvil alıb. Bu gün səhər saat 5-də Njonjoh Hans Ekumunun cənazəsi təyyarə ilə ölkəsinə aparılıb.
Onlardan 4-ü "Sabunçuspor" komandasının futbolçusu olub.
Qeyd edək ki, Njonjoh Hans Ekumunun Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub. Yanvarın 1-də Kamerun vətəndaşı Njonjoh Hans Ekumun Yasamal rayonunda kirayə yaşadığı evdə onun, həmyerliləri Nzemele Esambe Linus, Senan Hke, Takem Paul Atah və Nikvanti Nombe Levisevin meyiti aşkarlanıb. Meyitlərin üzərilərində zorakılıq əlamətləri görünməyib. Onların dəm qazından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.