1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Baş məşqçidən Dəniz Yılmaza dəstək
"Biz hücumçu Kubilay Kanatsızkuşu qazanmaq üçün Dəniz Yılmazı cinahda oynadırıq. O, öz mövqeyində oynamamaqla fədakarlıq edir". Sportnet.az-ın məlumatına görə, bunu Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi hamza Hamzaoğlu komandanın bugünkü məşqindən öncə yerli mətbuata açıqlamasında Azərbaycan millisinin üzvü Dəniz Yılmaz haqda danışarkən deyib.
Baş məşqçi 29 yaşlı hücumçunu tənqid olunmasına üzüldüyünü söyləyib: "Artıq Kanatsızkuşu qazanmışıq. Bundan sonra o da komandanın önəmli oyunçularından olacaq. Artıq hər kəs komandaya xeyir verməyə çalışacaq. Dəniz Yılmazın bu qədər müzakirə olunması, tənqid edilməsinə görə üzüldüm. Çünki Dəniz buna layiq deyil. Meydanda olduğu müddətdə əlindən gələni edir. Pis oynayan təkcə o deyil, komanda olaraq yaxşı çıxış etmirdik. Fikrimcə şəxsi reaksiyalar olmasa, daha yaxşıdır. Artıq Super Liqaya köklənmişik. "Adanaspor" matçı ilə işimizə başlayacağıq".
Qeyd edək ki, "Bursaspor" ölkə kubokunun G qrupunda mübarizə aparır. Son oyunun nəticəsindən asılı olmayaraq komanda kubokda mübarizəni dayandırıb. Hamza Hamzaoğlunun rəhbərlik etdiyi komanda ən yaxşı halda yarışı 3-cü pillədə başa vura bilər.