
O, "Bakı"nın sənədləşmə problemləri ilə əlaqədar ilk turdakı oyunun təxirə salınmasından və "Bakı"dan zədəli gələn Vüqar Mustafayevin əməliyyat keçirməsindən təəssüfləndiyini bildirib: "Demək olar ki, rəsmi oyun praktikamız yox idi. Bugünkü oyunda daha çox qol vura bilərdik, imkanlarımız çox idi, yaxşı oyun göstərdik. Komandanın oyunundan razıyam. İlk hissədə iki qol vursaq da, bizim üçün asan oyun olmadı. Hesabda irəli çıxandan sonra da oyuna nəzarəti əlimizdə saxlamağa çalışırdıq. Adam Banaş, Marko Stanoyeviç və Vadim Abdullayev komandaya gec qoşulsalar da, özlərini yaxşı tərəfdən göstərə bildilər".
Gürcüstanlı mütəxəssis transfer dövrünün sonunadək 1-2 futbolçu ilə güclənmək fikrində olduqlarını da bildirib.