
"Kəpəz”in baş məşqçisi Şahin Diniyev Bakıda davam edən təlim-məşq toplanışını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis yanvarın 11-dən başlanan hazırlıqların plan üzrə davam etdiyini bildirib.
Onun fikrincə, hər şey normaldır: "Futbolçular da məşq proseslərinə ciddi yanaşırlar. Hazırlıq dövründə 4 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Bildiyiniz kimi artıq dünən 2 fərqli heyətlə 2 matç keçirdik. Komanda sınaq görüşlərinə yorğunluq fonunda çıxmışdı. Uşaqlar oyun günü də məşq etmişdilər. İndi kollektivin fiziki hazırlığının yüksəldilməsi yönündə işləyirik. Gələn həftədən daha çox toplu çalışmalara üstünlük verib, taktiki-texniki yöndə hazırlaşacağıq. Bizə 90 dəqiqə futbolçuların dayanmadan qaçması, hərəkət etməsi lazim idi, onlar da verilən tapşırıqları yerinə yetirdilər”.