1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Svanadze "İnter"dən razı qaldı
Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində Rumıniya "Botoşani"si ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçı barədə fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis güclü rəqibə qarşı yaxşı oyun keçirdiklərini bildirib. O, komandasından razılıq ifadə edib: "Rəqib sürətli oynayırdı, birinci hissədə bizə bir az çətin oldu. "İnter”in realizasiyalarında problemləri oldu, lakin ikinci hissədə artırmağa və sürətli oynamağa başladıq. Oyun sərt keçdi. Yaxşı yoxlama oyunu alındı. Hər iki komandanın qapısı qarşısında qol vəziyyətləri yarandı. Yaxşı qol vurduq, lakin təəssüf ki, "rikoşet”dən qol buraxdıq. Ümumilikdə yaxşı oyun alındı, komandadan razı qaldım”.
Qeyd edək ki, "İnter"in yeganə qolunu Mirabdulla Abbasov vurub.