Almaniyanın "Dinamo" (Drezden) futbol klubu 40 min avro cərimələnib. Sportnet.az-ın məlumatına görə, buna komanda azarkeşlərinin "Leyptsiq"lə ölkə kubokunun ilkin mərhələsi matçında meydana kəsilmiş öküz başı atmaları səbəb olub.
Almaniyanın idman məhkəməsi əvvəlcə "Dinamo"nun 60 min avro cərimələnməsini tələb edib. Lakin sonradan cəza bir qədər yüngülləşdirilib.
Qeyd edək ki, "Leyptsiq"lə oyun "Dinamo"nun penaltilər seriyasında qələbəsi ilə yekunlaşıb. Lakin növbəti mərhələdə drezdenlilərin qarşısını "Arminiya" kəsib - 1:0.