"Sumqayıt" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib Qazaxıstan təmsilçisi "Atırau” olub.
Hakimin start fitindən öncə 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Həmçinin Azərbaycan komandasının üzvləri meydana qollarında qara sarğı ilə çıxıb.
İlk hissədə "Sumqayıt” rəqibindən üstün oyun nümayiş etdirib və 33-cü dəqiqədə Maqomed Kurbanov penalti zərbəsindən sonra hesabı açıb. Qeyd edək ki, bu qoldan 2 dəqiqə əvvəl "Atırau” penaltidən yararlana bilməyib.
Qarşılaşmanın 85-ci dəqiqəsində rəqib başla vurduğu qolla hesabı bərabərləşdirib. Hakimin əlavə etdiyi sonuncu dəqiqədə isə "Atırau” penalti zərbəsini dəqiq yerinə yetirməklə oyunun hesabını rəsmiləşdirib.
Yoxlama oyunu
17:00. "Sumqayıt" - "Atırau" - 1:2
Qeyd edək ki, "Sumqayıt" Vətənə sabah qayıdacaq.