
Abdullayev meydan sahiblərinin əksər hücumlarının qarşısını ala bilmələrinə rəğmən səhvlərdən də danışıb: "Rəqibin cinahlardan oyun quracağını bilirdik. Bunun qarşısını ala bildik. Standart vəziyyətlərdən daha çox istifadə edirdilər. Bəzi epizodlarda bunun qarşısını ala bildik, bəzi epizodlarda isə səhvlər oldu. Görüləsi işlərimiz çoxdur, çalışacağıq ki, gələcəkdə daha yaxşı oyun göstərək. İlk hissənin başlanğıcında yaratdığımız qol epizodundan istifadə edə bilsəydik, oyunu tam dəyişərdik".