1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
AVRO-2020-nin loqosunun təqdimatı
Rusiyanın Sankt-Peterburq şəhərində futbol üzrə 2020-ci il Avropa çempionatınnın loqotipinin təqdimat mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, mərasimdə UEFA prezidenti Aleksandr Çeferin və Rusiya Fubtol İttifaqının prezidenti Vitaliy Mutko da iştirak edib.
Bu gün baş tutan mərasimə qurum rəhbərləri ilə yanaşı Şimal paytaxtının qubernatoru Georgiy Poltavçenko, əfsanəvi sovet futbolçuları, şəhərin idmançıları və sakinləri də qatılıb.
Loqonun əsas hissəsini körpü təşkil edir.
Qeyd edək ki, AVRO-2020 Avropanın 13 şəhərində keçiriləcək. Futbol azarkeşləri Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münhen (Almaniya), Brüssel (Belçika), Amsterdam (Hollandiya), Kopenhagen (Danimarka), Roma (İtaliya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqoda (Şotlandiya) bir araya gələcəklər.