1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Zaur Svanadze razı qaldı
Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində Tacikistanın "İstiqlol” komandasına 2:1 hesabı ilə qalib gəldikləri yoxlama matçını dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis Rumıniya "Botoşani"si ilə əvvəlki qarşılaşmada oynamayan və ilk 2 matçda az oynayan futbolçulara imkan yaratdığını bildirib. O, "İstiqlol"la görüşdə müdafiə xəttində etdiyi dəyişikliklərə də toxunub: "Birinci hissədə 2 mərkəz müdafiəçisi ilə oynadıq, buna görə də oyun istədiyimiz axarda getmədi. İkinci hissəyə 3 mərkəz müdafiəçisi ilə başladıq. Yanvarın 18-də oynamayan və ötən yoxlama matçlarında az oynayan bütün futbolçalara imkan yaratdıq. "İstiqlol” komandası ilə oyunda iki qol vurduq, bir çox qol vəziyyətləri də oldu. Bəzi gənc futbolçular yaxşı oynadılar. Oyundan razı qaldım".
Qeyd edək ki, "İnter" Antalyada son oyununu yanvarın 21-də Rusiya "Orenburq”una qarşı keçirəcək. "Bankirlər" Vətənə yanvarın 23-də qayıdacaqlar.