"Qarabağ" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində taktiki və toplu çalışmaları yerinə yetirib. Sportnet.az-ın məlumatına görə, hazırlıq prosesi səhər və axşam məşqlərindən ibarət olub.
Sabah isə Ağdam təmsilçisi iki yoxlama oyunu keçirəcək. Günün ilk matçında rəqib Qazaxıstanın "Atırau", ikinci oyunda isə Polşanın "Termalika" klubu olacaq. İlk oyun Bakı vaxtı ilə saat 16:30-da, ikincisi isə saat 18:30-da start götürəcək.