Türkiyənin "Bursaspor" klubu yeni baş məşqçisini tapıb. Sportnet.az-ın"Fanatik"ə istinadən məlumatına görə, Bursa təmsilçisi türkiyəli Tayfun Korkutla anlaşıb.
Tərəflər arasında danışıqların müsbət nəticələndiyini və tezliklə rəsmi müqavilənin imzalanacağı bildirilir.
Tayfun Korkut məşqçilik karyerası ərzində Almaniyanın "Hoffenhaym" klubunun U-17 komandasında, "Ştutqart"ın U-19 və "Hannover" komandalarında çalışıb. O, 2012-2013-cü illərdə Türkiyə yığmasında köməkçi-məşqçi vəzifəsində çalışıb.
Qeyd edək ki, "Bursaspor" Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkini komandaya baş məşçi gətirmək istəyirdi. Lakin xorvatiyalı mütəxəssisin müqaviləsi davam etdiyindən danışıqlar baş tutmayıb.