Türkiyə Kubokunda qrup mərhələsi yekunlaşır. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandAsının futbolçusu Deniz Yılmazın çıxış etdiyi "Bursaspor" son turda qalib gəlsə də, bu, təsəlli xarakteri daşıyıb.
Bursa klubu aşağı divizion təmsilçisi "Urmaniyespor"u səfərdə 1:0 hesabı ilə məğlub edib. Denizin adı matçın protokoluna daxil edilməyib. Digər futbolçumuz - yarımmüdafiəçi Timur Temeltaş isə meydan sahiblərinin heyətində ehtiyatda qalıb.
Qeyd edək ki, millimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçkini "sükanı arxası"na gətirə bilməyən "Bursaspor" 6 oyundan 8 xalla qrupda 3-cü yeri tutaraq pley-offa çıxa bilməyib. Həmin G qrupunda "Akhisar "Genclik Spor"la (11 xal) "Urmaniyespor" (9 xal) ilk 2 yerin sahibləri kimi növbəti mərhələyə vəsiqə qazanıblar.