
"Qarabağ"ın braziliyalı sabiq futbolçusu Reynaldo Silvanın yenicə transfer olunduğu "Adanaspor" klubu Türkiyə Super Liqasında bu gün növbəti oyununu keçirub. Sportnet.az-ın məlumatına görə, XIX tur matçında rəqib "Kasımpaşa" olub. Adana təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Baş məşqçi Levent Şahin ev qarşılaşmasında braziliyalı oyunçunu ehtiyatda saxlayıb. 99 nömrəli forma ilə çıxış edən Reynaldo 63-cü dəqiqədə meydana daxil olub. "Adanaspor" bundan 1 dəqiqə öncə Diqao ilə matçda 2-ci qolunu vurub. Oyunda hesabı isə meydan sahiblərinin digər braziliyalı legioneri Roni 4-cü dəqiqədə açıb. Uzatma dəqiqələrində isə sabiq "Qarabağ"lı rəqib qapıçı ilə təkbətəkdən fərqlənə bilməyib.
Reynaldonun komandası bu qələbə sayəsində xalını 17-ə çatdıraraq 16-cı pilləyə qalxıb.
Qeyd edək ki, 2013-cü ildən "Qarabağ"ın uğurları üçün çalışan Silva bir neçə gün əvvəl "Adanaspor"la 2.5 illik müqavilə imzalayıb.