1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Robert Prosineçki: "Şeydayev "Trabzonspor"dan ayrılmalıdır"
"Ramil Şeydayev "Trabzonspor"dan ayrılmalıdır. Onun futbol oynamağa çox ehtiyacı var". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyalı mütəxəssis ötən yay fasiləsində "Zenit"dən "Trabzonspor"a keçən, millimizə gətirdiyi hücumçu Ramil Şeydayevin hazırkı durumuna, uzun müddətdir oynamadığına görə narahatdır: "Ramil böyük potensiala malikdir. Əgər geri dönüb Azərbaycanda oynasa, hər kəs onun ən yaxşı hücumçu olduğunu söyləyəcək. Əla bir forvarddır. Əfsuslar olsun ki, Super Liqada oynamaq imkanı qazanmadı. Ancaq milli komandada özünü göstərir".
Türk həmkarlarımız "Zenit"in yetirməsi olan Şeydayevin "Trabzonspor"a 169 min dollara transfer olunduğunu yazırlar. Gənc hücumçu hazırkı klubunda ölkə kuboku daxil olmaqla 3 oyunda 82 dəqiqə meydanda olub və 1 qol vurub.