1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Birlik Kubokundan yeni soraq
Birlik Kubokunun taleyinə yayadək aydınlıq gələcək.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a Rusiya Futbol İttifaqının mətbuat katibi İqor Vladimirov bildirib.
O, turnirin yenidən keçirilmə ehtimallarını belə şərh edib: "Gələn il nə olacağı məlum deyil. Müxtəlif variantlar nəzərdən keçirilir. Bu an etibarilə məsələnin konkret həlli yoxdur. Müzakirələr davam etdirilir və yaya yaxın Birlik Kubokunun gələcək taleyi məlum olacaq".
Vladimirov, həmçinin bildirib ki, turnirin maliyyələşməsi ilə bağlı problemin yoxdur, məsələ təşkilati komponentlərdədir.
Daha öncə Rusiyanın idman naziri Vitali Mutko Birlik Kubokunun bərpa ediləcəyini və AFFA-dan həm kommersiya, həm də təşkilati baxımından maraqlı təklif aldıqlarını bildirib.
Qeyd edək ki, Azərbaycan klubları 3 dəfə Birlik Kubokunun qalibi olub. "Neftçi" (2008) və "Xəzər Lənkəran"dan (2008) sonra buna "İnter" (2011) -ci ildə "İnter" (Bakı) nail olub.