1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qalatasaray"dan "Darmştadt"a
"Qalatasaray"ın futbolçusu Hamit Altıntop karyerasını yenidən Almaniyada davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, Türkiyə yığmasının 34 yaşlı sabiq yarımmüdafiəçisi Bundesliqa təmsilçisi "Darmştadt"a keçib. Təcrübəli futbolçu ilə müqavilə cari mövsümün sonunadək imzalanıb.
Altıntop qış fasiləsində "Qalatasaray"la müqaviləsini pozandan sonra sərbəst futbolçu idi.
Xatırladaq ki, Hamit əkiz qardaşı Halillə uzun illər Almaniyada - "Şalke" klubunda birgə çıxış edib. Halil Türkiyəni 2013-cü ildə tərk edərək Almaniyaya dönüb və Bundesliqa təmsilçisi "Ausburq"a keçib.