1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Italiya Kuboku: Daha bir yarımfinalçı məlum oldu
"Latsio" klubu İtaliya Kubokunun yarımfinalına yüksəlib. Sportnet.az-ın məlumatına görə, Roma komandası 1/4 final matçında Milan "İnter"inə qalib gəlib.
"Cüzeppe Meatsa" stadionunda keçirilən oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Latsio"nun qollarını Felipe Anderson (dəq. 20) və Lukas Bilya (dəq. 56) vurub. "İnter"in heyətində Marselo Brozoviç (dəq. 84) fərqlənib. Oyunda hər iki komanda azlıqda qalıb. Meydan sahiblərindən Miranda 54-cü, qonaqlardan isə Şrefan Radu 76-cı dəqiqədə qırmızı vərəqə alıb.
Paytaxt klubu yarımfinalda "Roma" – "Çezena" cütünün (1 fevral) qalibi ilə qarşılaşacaq. Digər 1/2 finalda "Yuventus" və "Napoli" münasibətlərinə aydınlıq gətirəcək.
Final iyunun 2-də Romada keçiriləcək.