1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Uruqvaylı baş məşqçi millimizdən danışdı
Qətər milli komandasının baş məşqçisi Xorxe Fossati Azərbaycan yığması ilə martın 9-da keçirəcəkləri yoldaşlıq görüşü barədə danışıb.
Sportnet.az-ın "The Peninsula" nəşrinə istinadən verdiyi məlumata görə, uruqvaylı mütəxəssis komandasını ağır oyunun gözlədiyini bildirib. O, Azərbaycan yığmasını daha çox güc futboluna üstünlük verən komanda kimi dəyərləndirib: "Gərgin matç olacaq. Rəqibimiz fiziki oyun üslubuna üstünlük verir. Azərbaycan yığması ilə görüş martın sonlarında İran və Özbəkistanla keçirəcəyimiz rəsmi oyunlara hazırlıq baxımından önəmlidir".
Qeyd edək ki, FİFA-nın son reytinq siyahısında Qətər 85-ci, Azərbaycan isə 90-cı pillədə qərarlaşıb. İki ölkənin yığmaları arasındakı qarşılaşma Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionda oynanılacaq. Matç yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlanacaq. Qətər yığması martın 23-də İran, martın 28-də Özbəkistan milliləri ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçına çıxacaq. Azərbaycan yığması isə növbəti rəsmi oyununu DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində Bakıda Almaniyaya qarşı keçirəcək ("Report").